Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home turizm Yevlaxda 91 yaşlı qadın faciəli şəkildə öldü
turizm

Yevlaxda 91 yaşlı qadın faciəli şəkildə öldü

09-06-2026 09:00 58 Views
IMG

Yevlaxda 91 yaşlı qadın faciəli şəkildə ölüb.

 

Tvit.az-ın məlumatına görə, hadisə iyunun 8-də saat 18 radələrində rayonun Xaldan kəndində baş verib. Kənd sakini - 1935-ci il təvəllüdlü Zümrüd Sabit qızı Əhmədova yaşadığı evin həyətyanı sahəsində su qızdırmaq üçün ocaq yandıran zaman üzərində olan geyimlərinə od düşməsi nəticəsində müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. O, xəstəxanada dünyasını dəyişib.

 

Faktla bağlı Yevlax Rayon Prokurorluğunda araşdırma aparılır.