Bakı şəhərinin Nəsimi rayonu, 9-cu mikrorayon ərazisində faciəli hadisə baş verib.
Tvit.az "Qafqazinfo"ya istinadla bildirir ki, mənzillərin birində 13 yaşlı Kamran Abıyev və atası Əbülfəz Abıyevin meyitləri tapılıb.
İlkin məlumata görə, ata və oğlu mənzilə qaz sızması nəticəsində boğularaq ölüblər.
Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, K.Abıyev Nəsimi rayon 247 saylı orta məktəbin 7-ci sinif şagirdi olub.