Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya ABŞ Hind okeanında İranla əlaqəli gəmini ələ keçirdi
dünya

ABŞ Hind okeanında İranla əlaqəli gəmini ələ keçirdi

05-06-2026 18:00 29 Views
IMG

ABŞ Hind okeanında İranla əlaqəli olduğu bildirilən MT DAVINA gəmisinin müsadirə edildiyini açıqlayıb.


Tvit.az-ın məlumatına görə, bunu ABŞ-ın Hind-Sakit Okean Komandanlığı (INDOPACOM) bildirib.


Komandanlığın məlumatına görə, ABŞ qüvvələri sanksiyalara məruz qaldığı və dövlətsiz gəmi kimi dəyərləndirildiyi bildirilən tankeri dəniz blokadası tədbirləri çərçivəsində dayandıraraq yoxlamaya cəlb edib.


INDOPACOM bəyan edib ki, məqsəd qanunsuz şəbəkələrin fəaliyyətini məhdudlaşdırmaq və İrana maddi dəstək verən gəmilərə qarşı beynəlxalq tədbirləri davam etdirməkdir. Açıqlamada vurğulanıb ki, beynəlxalq sular sanksiyalardan yayınmaq üçün istifadə oluna bilməz.


Elmin Alışov