Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycanla Pakistan arasında bir neçə saziş ratifikasiya edilib.
"Tvit.az" xəbər verir ki, parlamentin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi, “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Tranzit Ticarət Sazişi”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi və “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında Sazişi”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə çıxarılıb.
Müzakirələr zamanı sazişlərin iki ölkə arasında əməkdaşlığın inkişafına mühüm töhfə verəcəyi diqqətə çatdırılıb.
Müzakirələrdən sonra sənədlər səsverməyə qoyularaq qəbul edilib.