Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home turizm Paytaxtda 11 yaşlı qız faciəli şəkildə öldü
turizm

Paytaxtda 11 yaşlı qız faciəli şəkildə öldü

01-06-2026 13:00 44 Views
IMG

Bakıda azyaşlı qız binadan yıxılaraq ölüb.


Tvit.az-ın məlumatına görə, hadisə mayın 30-da paytaxtın Nizami rayonu, Bəhruz Nuriyev küçəsindəki binada baş verib.

 

2015-ci il təvəllüdlü qız həmin ünvanda binanın 7-ci mərtəbəsində, yaşadığı mənzilin balkonunda olarkən ehtiyatsızlıqdan yıxılıb. O, hadisə yerində ölüb.

 

Faktla bağlı Nizami Rayon Prokurorluğunda araşdırma aparılır.