Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Zakir Həsənov Kobaxidze ilə görüşdü
sosial

Zakir Həsənov Kobaxidze ilə görüşdü

01-06-2026 11:00 176 Views
IMG

Gürcüstan Baş naziri İrakli Kobaxdize Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənovla görüşüb.

 

Tvit.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin başçısı sosial media hesabında məlumat verib.

 

“Azərbaycan Respublikasının müdafiə naziri Zakir Həsənovla görüşdüm. Görüşdə ikitərəfli, regional və beynəlxalq əməkdaşlıq məsələlərini müzakirə etdik. Ölkələr arasında strateji tərəfdaşlığın və müdafiə sahəsində əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğuladıq. Həmçinin bölgədə sülhün və sabitliyin vacibliyinə diqqət yetirdik. Gürcüstan baş nazirinin müavini, müdafiə naziri İrakli Çikovani görüşdə iştirak edib”, - Kobaxidze bildirib.