Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial FHN selə düşən 5 nəfəri xilas etdi
sosial

FHN selə düşən 5 nəfəri xilas etdi

28-05-2026 12:00 39 Views
IMG

Girdimançayın İsmayıllıdan keçən hissəsində selə düşən 5 nəfər xilas edilib.

 

Tvit.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

 

Qeyd edilib ki, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən "Niva" markalı minik avtomobilinin çayda suyun güclü axını nəticəsində hərəkət edə bilməməsi səbəbindən vətəndaşların nəqliyyat vasitəsində köməksiz vəziyyətdə qaldığı müəyyən olunub.

 

Yanğınsöndürən-xilasedicilər tərəfindən həyata keçirilən operativ xilasetmə tədbirləri nəticəsində avtomobildə köməksiz vəziyyətdə qalan 5 nəfər xilas edilib.