Prezident İlham Əliyev Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) yaradılması və bununla əlaqədar bəzi məsələlərin həll edilməsi haqqında fərman imzalayıb.
Tvit.az xəbər verir ki, fərmana əsasən Holdinqin idarəetməsinə veriləcək dövlət müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin və publik hüquqi şəxslərin siyahısı təsdiq edilib.