Gecə saatlarında Bakının Xətai rayonu ərazisində yerləşən “Təbrik” restoranında toydan sonra kütləvi dava düşüb.
"Tvit.az" xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Görüntülərdə toy iştirakçılarının bir-biri ilə əlbəyaxa olduğu öz əksini tapıb.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı bildirib ki, hadisə ilə bağlı ərazi üzrə polis şöbəsində araşdırma başladılıb, hadisə iştirakçıları müəyyən olunaraq izahatları alınıb.
Faktla bağlı araşdırma aparılır.