Bakı şəhərinin Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 1930 m² (1-ci mərtəbəsi 1100 m², zirzəmisi 830 m²) olan mağazanın zirzəmisində 20 m² sahədə məişət və taxta tullantıları yanıb.
"Tvit.az" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, zirzəmi və mağaza yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.