Telegram messenceri video platforma olmaq yolunda “ilk addımı atdı”.
Tvit.az xəbər verir ki, bu barədə bu messencerin təsisçisi, sahibkar Pavel Durov öz Telegram kanalında yazıb.
"Bugünkü yeniləmə ilə Telegram serverləri populyar videoları bir neçə keyfiyyət variantına sıxışdıracaq və onları yayım üçün optimallaşdıracaq", - Durov qeyd edib.
Onun sözlərinə görə, indiyədək Telegram-da müxtəlif çat və kanallarda videolar dərc edildiyi formatda nümayiş etdirilirdi. Bu səbəbdən istifadəçilər telefonlarına gigabaytlarla məlumat endirilməsini və videoların tam yüklənməsini gözləmək məcburiyyətində qalıblar. Bununla yanaşı, messencerin təsisçisi vurğulayıb ki, hətta qısa yazılara baxanda belə problemlər yaranıb.
Aysel Şirinova