15 C
Baku
Bazar ertəsi, May 6, 2024

Bizə yaz

Ukrayna Rusiyanın döyüş gəmisini məhv etdi

Ukrayna ordusunun ABŞ istehsalı olan M2A2 Bradley tipli döyüş maşını Rusiyanın BMP-2 tipli zirehli maşını məhv edib.

Bu barədə Tvit.az Ukrayna Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Donetsk bölgəsində baş verən qarşıdurmalardan olduğu bildirilən görüntülərdə M2A2 Bradley-nin atəş açaraq Rusiyaya məxsus BMP-2 tipli hərbi maşınına yaxınlaşdığı, daha sonra isə rus BMP-2-nin partladığı görülüb.

M2A2 Bradley zirehli piyada maşını 1981-1995-ci illər arasında ABŞ-da yerləşən BAE Systems Land & Armaments tərəfindən istehsal edilib. Bu vasitə ABŞ ordusu tərəfindən, xüsusən də Körfəz müharibəsi və İraq müharibəsində geniş istifadə olunub. Bu gün bu zirehli piyada maşınının istehsalı hələ də davam edir.

Elmin Alışov

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR