14 C
Baku
Bazar ertəsi, May 6, 2024

Bizə yaz

Britaniya və Türkmənistan arasında bir sıra ikitərəfli sənədlər imzalanıb

Türkmənistan və Britaniya arasında bir sıra ikitərəfli sənədlər imzalanıb.

Tvit.az xəbər verir ki, bu barədə Türkmənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata əsasən, Böyük Britaniyanın xarici işlər naziri Cameronun Aşqabada səfəri çərçivəsində bir sıra ikitərəfli sənədlərin imzalanması mərasimi olub. Bildirilib ki, sözügedən sənədlərə ölkələrin Xarici İşlər Nazirlikləri arasında 2024-2025-ci illər üçün Əməkdaşlıq Proqramı, o cümlədən nəqliyyat kommunikasiyaları sahəsində memorandumlar və Xəzər dənizinin ətraf mühitin mühafizəsi və biomüxtəlifliyi məsələləri üzrə əməkdaşlıq memorandumları daxildir.

Aysel Şirinova

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR