21 C
Baku
Çərşənbə axşamı, Aprel 30, 2024

Bizə yaz

Türkiyənin XİN başçısı: “Müstəqil Fələstin qurulduğu halda HAMAS-ın hərbi qanadı dayandırıla bilər”

Müstəqil Fələstin dövləti qurulduğu halda HAMAS-ın hərbi qanadının fəaliyyəti dayandırıla bilər. 

APA-nın xəbərinə görə, bunu bu gün Qətərdə baş tutan görüş zamanı HAMAS siyasi bürosunun rəhbəri İsmail Haniyə Türkiyə XİN rəhbəri Hakan Fidana bildirib.

  • Hakan Fidanın sözlərinə görə, bu, HAMAS tərəfindən dünyaya, xüsusən də Qərb ölkələri üçün çox önəmli bir mesajdır:

“Onlar 1967-ci ilin sərhədləri çərçivəsində Fələstin dövlətinin qurulmasına razı olduqlarını, müstəqil Fələstin dövlətinin qurulduğu təqdirdə hərbi qanadının varlığına ehtiyac olmayacağına, siyasi partiya olaraq fəaliyyətlərinə davam edəcəklərini mənə bildirdilər”.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR