11 C
Baku
Bazar, May 19, 2024

Bizə yaz

Türkiyə “SPACE-X” şirkətilə sıx əməkdaşlıq edəcək

Türkiyə kosmik texnologiyalar sahəsində ABŞ-ın “SpaceX” şirkətilə sıx əməkdaşlıq edəcək. Bu barədə razılıq Prezident Rəcəb Tayyip Ərdoğan və amerikalı iş adamı İlon Mask arasında baş tutmuş son telefon danışığı zamanı əldə olunub. “Blumberg” agentliyinin məlumatına görə, tərəflər İlon Maskın rəhbərlik etdiyi “Space-X” şirkətilə Türkiyənin bir sıra özəl qurumları arasındakı əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparıblar. Telefon danışıqının digər təfərrüatları açıqlanmır. Qeyd edək ki, Türkiyənin “TürkSat 5A” peyki fəzaya məhz Maskin şirkəti olan “Space X”in xüsusi raketilə bu il yanvarın 8-də açıq fəzaya göndərilib. Ərdoğanla tanış olmaq, həmçinin peykə dair bir sıra detalları müzakirə etmək üçün Mask 2017-ci ildə şəxsi təşəbbüsü ilə Ankaraya səfər edib və Türkiyə prezidenti ilə şəxsən görüşüb.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR