20 C
Baku
Cümə axşamı, May 2, 2024

Bizə yaz

Tblisidə bu ölkələrin vətəndaşları tutuldu

Tbilisi Şəhər Məhkəməsi Gürcüstan, Türkiyə və Bolqarıstan vətəndaşlarını narkotik vasitələrin qanunsuz dövriyyəsi və çirkli pulların yuyulmasında ittiham edərək müddətsiz həbs cəzasına məhkum edib.

Tvit.az xəbər verir ki, bu barədə Gürcüstan mediası məlumat yayıb.

Məlum olub ki, cinayətkar qrup narkotik vasitələrin alınması üçün sifarişlər alıb, alıcı tələb olunan məbləği bank hesabına yatırdıqdan sonra sifarişin yeri barədə müştəriyə məlumat verilib. 2021-2023-cü illərdə təqsirləndirilən şəxslər 17,4 milyon lari (6,5 milyon dollar), 2,5 milyon dollar və 24 min avro dəyərində narkotik vasitə satıblar. Ümumilikdə məhkəmə beş müttəhimi təqsirli bilib, onlardan ikisi 19 və 18 il müddətinə azadlıqdan məhrum edilib.

Aysel Şirinova

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR