28 C
Baku
Çərşənbə axşamı, Aprel 30, 2024

Bizə yaz

Stoltenberq təsdiqlədi: NATO-nun iclasında Zelenski də olacaq

Aprelin 19-da Ukrayna Prezidenti Vladimir Zelenskinin iştirakı ilə Ukrayna-NATO Şurasının növbəti iclası keçiriləcək.

Tvit.az Axar.az-a istinadən xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Çexiya, Danimarka və Niderlandın Baş nazirləri ilə keçirdiyi birgə mətbuat konfransında söyləyib.

“İlk növbədə, Prezident Zelenski Ukrayna-NATO Şurası iclasının keçirilməsini istəyib. Biz aprelin 19-da iclas çağıracağıq. Bu, Prezident Zelenski ilə, daha sonra müdafiə nazirləri ilə görüş olacaq. Ukraynaya daha çox dəstəyə təcili ehtiyac var”, – Stoltenberq qeyd edib.

NATO-nun Baş katib bildirib ki, iclasda Ukraynaya hava hücumundan müdafiə və artilleriya mərmilərinin yardımı məsələsi müzakirə ediləcək.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR