11 C
Baku
Bazar, May 19, 2024

Bizə yaz

Rusiya və İranın XİN rəhbərləri Moskvada görüşdü – Dağlıq Qarabağ məsələsi müzakirə edildi

“Moskva və Tehran bir sıra regional məsələlər, o cümlədən Dağlıq Qarabağdakı vəziyyət üzrə dialoqun genişlənməsində maraqlıdır”. Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Moskvada səfərdə olan iranlı həmkarı Məhəmməd Cavad Zəriflə görüşü zamanı belə deyib. “Ölkələrimizin bizi əhatə edən regionda rolunu nəzərə alaraq, biz Fars körfəzində təhlükəsizlik, Əfqanısatn probleminin tənzimlənməsi kimi məsələlərdə, Dağlıq Qarabağ ətrafında Rusiya, Azərbaycan və Ermənistan liderlərinin əldə etdiyi razılaşmadan sonra yaranmış vəziyyətlə bağlı dialoqun dərinləşməsində maraqlıyıq” – deyə, Lavrov qeyd edib. İranın Xarici İşlər naziri isə Dağlıq Qarabağ münaqişəsinin sona çatması münasibətilə Lavrovu və Prezident Vladimir Putini təbrik edib. “Bizim ümumi narahatlığımız münaqişənin qonşuluqda olması və insanların ölməsi idi” – deyən Cavad Zərif qeyd edib ki, bu gün münaqişənin həllini ümumi bir fürsətə çevirmək üçün imkanlar var. “Mənim regional səfərimin əsas məqsədlərindən biri də Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya liderinin iştirakı ilə imzalanan razılaşmalardan irəli gələn bu imkanların üzərində çalışmaqdır” – deyə, iranlı diplomat vurğulayıb.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR