10 C
Baku
Bazar, May 19, 2024

Bizə yaz

Rusiya səfiri Levon Ter-Petrosyanla görüşdü

Ermənistanda daxili siyasi vəziyyətin gərgin olduğu bir vaxtda ölkənin birinci prezidenti Levon Ter-Petrosyan Rusiya səfiri ilə görüşüb. “Arminfo” agentliyinin məlumatına görə, keçmiş prezident səfir Sergey Kopırkini öz evində qəbul edib. Ter-Petrosyanın mətbuat xidməti məlumatı təsdiqləyib və bildirilib ki, təxminən saat yarım davam edən söhbət zamanı Ermənistan-Rusiya münasibətləri kontekstində qarşılıqlı maraq doğuran bir sıra məsələlər, o cümlədən, müharibədən sonra Azərbaycan ərazisində saxlanılan erməni diversantlarla bağlı məsələ də müzakirə olunub.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR