13 C
Baku
Cümə, May 17, 2024

Bizə yaz

“Rusiya müharibə zamanı əlindən gələni etdi” – Ermənistanın keçmiş Müdafiə nazirindən açıqlama

“Rusiya Qarabağdakı müharibə zamanı Ermənistan qarşısındakı müttəfiqlik öhdəliklərini yerinə yetirmək üçün əlindən gələni etdi”. Ermənistanın keçmiş Müdafiə naziri David Tonoyan yerli mətbuata müsahinəsində belə deyib. O, müharibə dövründə rusiyalı həmkarı Sergey Şoyqu ilə daim təmasda olduğunu və gün ərzində onunla bir neçə dəfə telefon danışığı apardığını bildirib. “Məlum səbəblərdən detalları açıqlamayacağam, amma birmənalı olaraq deyə bilərəm ki, davam edən müharibə şəraitində Rusiya müttəfiqlik öhdəliklərini yerinə yetirmək üçün əlindən gələni etdi” – deyə, Tonoyan qeyd edib. Keçmiş nazirin sözlərinə görə, rusiyalı həmkarıyla müdafiə məsələləri ilə yanaşı, davamlı iş əlaqələri bir sıra digər vacib məsələlərin həllinə imkan verib. Xatırladaq ki, Tonoyan Qarabağda müharibə bitdikdən bir neçə gün sonra Müdafiə naziri vəzifəsindən istefa vermişdi.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR