15 C
Baku
Bazar ertəsi, May 20, 2024

Bizə yaz

Qırğızıstan ixracının böyük hissəsi Aİİ ölkələrinə gedir

Qırğızıstanın ixracının 80%-i (qızıl istisna olmaqla) Aİİ ölkələrinə gedir.

Tvit.az xəbər verir ki, bu barədə Prezident Sadır Japarov bildirib.

Bununla yanaşı, ixrac strukturunda toxuculuq, geyim, ayaqqabı, plastik və daş məmulatları kimi əlavə dəyəri daha yüksək olan malların həcmi artıb.

Prezident qeyd edib ki, Qırğızıstanın biznes mühiti gələcək inteqrasiya üçün yaradılıb.

Japarov hesab edir ki, Aİİ-nin xidmətlər bazarını, ilk növbədə, ticarət, maliyyə, informasiya xidmətləri, kreativ sənaye, turizm, təhsil və tibb sahələrində genişləndirmək barədə düşünməyin vaxtı çatıb.

Aysel Şirinova

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR