13 C
Baku
Cümə, May 17, 2024

Bizə yaz

Putin iddialara cavab verdi: “Heç vaxt bizneslə məşğul olmamışam”

Rusiya Prezidenti Vladimir Putin müxalifətçi Aleksey Navalnının onun barəsində hazırladığı videoaraşdırmanı montaj və “yığma” adlandırıb. Bu barədə Rusiya lideri ali məktəb tələbələri ilə videokonfrans formatında keçirdiyi görüşündə deyib. Tələbələrdən birinin sualını cavablandıran Putin bildirib ki, orada hovuzda üzməsini əks etdirən fotosunu yerləşdiriblər: “Mən bəzən üzməyi sevirəm. Amma mən heç vaxt həmin hovuzda olmamışam. 2016-cı ildə Yenisey çayında üzmüşəm. Oradan götürüb montaj ediblər”. Putin göstərilən mülkin ona aid olmadığını, bu cür şayiələrin rusiyalıların “beyinlərini yumağa” hesablandığını vurğulayıb. Kreml rəhbəri araşdırmada adıçəkilən şəxslərin bəzilərini ümumiyyətlə tanımadığını deyib. Putin bizneslə heç vaxt məşğul olmadığını və bu sahənin onun üçün maraq kəsb etmədiyini də diqqətə çatdırıb.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR