13 C
Baku
Çərşənbə, May 15, 2024

Bizə yaz

Paşinyan yeni sənəd barədə danışdı: “Azərbaycanla bu sənədi imzalamağa hazıram”

Ermənistanın baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan bu gün keçirdiyi hökumətin iclasında Ermənistanla Azərbaycan arasında yeni sənədin imzalana biləcəyini açıqlayıb. O qeyd edib ki, Azərbaycan razılıq verərsə, sənəd imzalanacaq. Paşinyanın sözlərinə görə, danışıqlar davam etdiyi üçün sənədin məzmunu barədə hələ məlumat verilməyəcək. O əlavə edib ki, sərhədlərin dəqiqləşdirilməsi Azərbaycan kimi, Ermənistan üçün də zəruridir. “Sərhədlərin dəqiqləşdirilməsi, müəyyənləşdirilməsi və müəyyən bir mərhələdə demarkasiya və delimitasiyası təhlükəsizliyin vacib zəmanətidir” – deyə, Paşinyan vurğulayıb. O əlavə edib ki, hökumətin prioritetlərindən biri də regional kommunikasiyların açılmasıdır.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR