15 C
Baku
Bazar ertəsi, May 6, 2024

Bizə yaz

Pakistan prezidenti : “Biz İranla qardaşıq, amma torpaqlarımızı qorumaq üçün bütün tədbirləri görəcəyik”

İranla gərginliyin artmasından sonra Pakistan prezidenti Arif Əlvi Tehranla qardaş ölkələr olduqlarını, lakin torpaqlarını müdafiə etmək üçün bütün tədbirləri görəcəklərini bildirib.

Tvit.az xəbər verir ki, bu barədə Prezident Alvi Pakistan mediasına verdiyi yazılı açıqlamada bildirib.

Pakistanın milli təhlükəsizliyi və ərazi bütövlüyündən güzəştə getməyəcəyini vurğulayaraq, Pakistan ordusunun İranın Sistan-Bəlucistan əyalətindəki “terrorçuların sığınacaqlarına” hücumunu yüksək qiymətləndirib.

Alvi İranla bağlı problemlərin dialoq və qarşılıqlı məsləhətləşmə yolu ilə həll edilməli olduğuna diqqət çəkib.

Elmin Alışov

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR