26 C
Baku
Bazar, Aprel 28, 2024

Bizə yaz

Pakistan-İran arasındakı gərginliklə bağlı Türkiyədən reaksiya

Türkiyə XİN Pakistanla İran arasında yaranan münaqişəylə bağlı açıqlama verib.

Tvit.az xəbər verir ki, açıqlama Türkiyə XİN’in rəsmi saytında qeyd olunub.

İranın İraqdakı müəyyən hədəflərə hücumları ilə başlayan, daha sonra dünən səhər İranın Pakistan daxilində bəzi hədəflərə hücumları ilə genişlənən və bu gün səhər (18 yanvar) Pakistanın İran daxilindəki hədəflərə hücumları ilə genişlənən hadisələrdən narahatıq.

Hesab edirik ki, problemlər dostluq və qardaşlıq anlayışı ilə, ölkələrin suverenliyi və ərazi bütövlüyünə qarşılıqlı hörmət əsasında, beynəlxalq hüququn fundamental prinsipləri, xüsusilə də BMT Nizamnaməsi çərçivəsində həll edilməlidir. Ümid edirik ki, bütün məsələlər regional təhlükəsizlik və sabitliyi daha da təhdid etmədən dialoq və əməkdaşlıq yolu ilə həll olunacaq.

Biz dostlarımız və qardaşlarımız İran, İraq və Pakistanı mötədillik və sağlam düşüncə ilə sülhü təmin etməyə çağırırıq. Türkiyə Respublikası öz təcrübəsini bölüşməyə və mübahisələrin sülh yolu ilə həllində region ölkələrinə töhfə verməyə hazırdır”.

Elmin Alışov

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR