17 C
Baku
Çərşənbə, May 15, 2024

Bizə yaz

“Müxalifət ölkədə xaos yaradır” – Ter-Petrosyan müxalifətə səsləndi

Ermənistanın birinci prezidenti, “Erməni Milli Konqresi”nin rəhbəri Levon Ter-Petrosyan hesab edir ki, müxalifət baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyanı zəiflətməklə Azərbaycana kömək etmiş olur. Qurumun bəyanatında qeyd olunub ki, müxalifət qüvvələrinin məqsədi Nikol Paşinyanı növbədənkənar seçkilərdə məğlub etmək olmalıdır, ölkənin daxilində xaos yaratmaq yox. “Etiraz aksiyaları Paşinyanı zəiflətdiyi üçün belə çıxır ki, həmin qüvvələr Azərbaycanın xeyrinə hərəkət etmiş olur. Bu isə o deməkdir ki, mitinqlərin təşkilatçıları dövlətçilik maraqlarından yox, seçkiöncəsi kampaniyadan irəli gələn motivlərdən çıxış edir” – deyə, “Erməni Milli Konqresi”nin bəyanatında qeyd olunub.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR