15 C
Baku
Çərşənbə, May 1, 2024

Bizə yaz

Mask söz azadlığı ilə bağlı qanuna maliyyə ayırmaq niyyətindədir

İlon Mask söz azadlığını təmin edən ABŞ Konstitusiyasına 1-ci düzəlişin müdafiəsi məqsədilə imzaların toplanmasını maliyyələşdirmək istəyir.

Tvit.az xəbər verir ki, bu barədə məlumatı xarici KİV-lər yayıb.

“Azad sözə davam edən hücumları nəzərə alaraq, 1-ci düzəlişə dəstək məqsədilə imza toplamaq üçün milli kampaniyanı maliyyələşdirmək niyyətindəyəm”, – Mask X hesabında yazıb.

Bundan əvvəl o deyib ki, Amerika vətəndaşları ABŞ-də dövlət senzurasının gücünü belə uzaqdan anlamırlar. Maskın sözlərinə görə, onun X-də senzura qaldırılan kimi şirkətləri daim hücuma məruz qalıblar.

Aysel Şirinova

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR