16 C
Baku
Bazar ertəsi, May 6, 2024

Bizə yaz

Lukaşenko bu halda hakimiyyətdən gedəcək

Belarus prezidenti Aleksandr Lukaşenko, iki şərt yerinə yetirilsə, hakimiyyətdən gedəcək.

Tvit.az Ria Novostiyə istinadla xəbər verir ki, bu barədə prezident özü Belarus Xalq Assambleyasının iclasında deyib.

Prezident bildirib ki, yaxınlıqda xəyanət etməyəcək adam olduqda o təqaüdə çıxmağa hazırdır.

“Xalq mənə o insan “budur” dediyi halda mən təqaüdə çıxacağam. O xəyanət etməyəcək, qorxmadan barrikadalara gedəcək. Bu heç bir şeylə hesablaşmaz. Hətta öz həyatı ilə də”,- deyə Lukaşenko bildirib.

Bundan əvvəl Lukaşenko 2025-ci ildə keçiriləcək prezident seçkilərində iştirakdan danışıb. O, “BelTA” dövlət kanalına müsahibəsində bildirib ki, belaruslar heç vaxt indiki kimi yaşamayıblar.

Aysel Şirinova

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR