15 C
Baku
Çərşənbə, May 15, 2024

Bizə yaz

“Kommunikasiyaların açılması prioritetdir” – Paşinyan

“Cənubi Qafqaz regionunda kommunikasiyaların açılması Ermənistan üçün təkcə qəbuledilən deyil, həm də prioritetdir”. Ermənistanın baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan bu gün keçirilən hökumətin iclasında belə deyib. Onun sözlərinə görə, əldə olunan razılaşmalara əsasən, bu halda Ermənistanın İran və Rusiya ilə əlaqələri yaranacaq. Paşinyan sərhəddə baş verən gərginliyə də toxunub. Məsələyə müdaxilə üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət etdiyini deyən Paşinyan, qurumdan narazı olduğunu bildirib. O qeyd edib ki, KTMT-nin Ermənistanın müraciətinə reaksiyası İrəvan üçün arzuolunan səviyyədə deyil. Bununla belə, Paşinyan müvafiq məsləhətləşmələrin aparıldığını diqqətə çatdırıb.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR