17 C
Baku
Bazar, May 19, 2024

Bizə yaz

İtaliyada Yeni İl tətilində sərt karantin tətbiq olunacaq

İtaliyanın Baş naziri Cuzeppe Konte Yeni İl tətilində sərt karantin rejiminin tətbiq ediləcəyini açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, Konte komendant saatının 22:00-07:00 arasında olacağını, Yeni İl günü və sonrası xüsusi əyləncə proqramlarının təşkil edilməyəcəyini bildirib.

“Pandemiyanın sonuna gedən yol hələ uzundur. Yanvar ayında baş verə biləcək 3-cü dalğanın qarşısı alınmalıdır. 21 dekabr – 6 yanvar tarixlərində daha çox məhdudiyyətli tədbirlər tətbiq etməliyik. Buna görə məcburi və fövqəladə hallar istisna olmaqla, bölgələr arasında səyahət etmək qadağandır. Bundan əlavə, şəhərlərarası səyahət 25 -26 dekabr və 1 yanvar tarixlərində qadağandır”, – deyə Baş nazir vurğulayıb.

Alış-verişə hər hansı bir məhdudiyyət qoymaq istəmədiklərini dilə gətirən Konte “Mağazalar 4 dekabr – 6 yanvar tarixlərində axşam saat 21:00-a qədər açıq olacaq”,- deyə bildirib.

Qeyd edək ki, İtaliyada son 24 saatda 993 nəfər ölüb. Ölkədə ümumilikdə 1 milyon 664 min 829 nəfər virusa yoluxub, 58 min 38 nəfər xəstəliyin qurbanı olub. 

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR