17 C
Baku
Bazar, May 19, 2024

Bizə yaz

İsveçin NATO-ya qəbulu ilə bağlı səsvermə baş tutmayıb

Macarıstan parlamentinin fevralın 5-də İsveçin NATO-ya qəbulu ilə bağlı sazişin ratifikasiyası ilə bağlı növbədənkənar iclasında səsvermə baş tutmayıb.

Tvit.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Bildirilib ki, Parlamentin sədr müavini Şandor Lezsakın verdiyi məlumata görə, iclasda yetərsay olmayıb. Parlament mandatlarının əksəriyyətinə malik olan hakim partiyanın “FİDES – Macarıstan Vətəndaş Birliyi” fraksiyası yalnız müxalifət partiyalarının nümayəndələrinin iştirak etdiyi iclasda iştirakdan imtina edib.

Qeyd edək ki, zalda 199 deputatdan cəmi 51-i iştirak edib.

Aysel Şirinova

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR