13 C
Baku
Cümə axşamı, May 16, 2024

Bizə yaz

İsrail ilə HƏMAS atəşkəs elan etdi – Fələstinlilər bayram edir

Misirin vasitəçiliyi ilə İsrail ilə Fələstinin HƏMAS təşkilatı arasında atəşkəs elan olunub. İsrail Təhlükəsizlik Kabinetinin qərarından sonra atəşkəs rejimi bu gecə saat 02.00-da qüvvəyə minib. Həmin saatdan sonra nə Fələstinə, nə də İsrailə raket atılıb. Qeyd edək ki, Fələstin-İsrail qarşıdurması nəticəsində 66-sı uşaq olmaqla, 243 fələstinli həyatını itirib, 1910 nəfər isə yaralanıb. İsrail tərəfi isə itkilərin sayını açıqlamayıb. Fələstinlilər bəyan edir ki, hərbi əməliyatların qalibi məhz onlardır. Atəşkəsin əsas şərtlərdən biri Əl Əksa Məscidi ilə bağlı olduğundan, fələstinlilər elə gecə saatlarında Əl-Əksa məscidi ərazisinə toplaşaraq bayram ediblər.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR