13 C
Baku
Cümə, May 17, 2024

Bizə yaz

“Gəmi limana daxil olan kimi, azərbaycanlının cənazəsi vətəninə göndəriləcək” – Çavuşoğlu

“MV Mozart” gəmisi Qabon limanına daxil olan kimi, azərbaycanlı mühəndis Fərman İsmayılovun cənazəsi vətəninə göndəriləcək”. Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu sözügedən gəmiyə nigeriyalı dəniz quldurlarının hücumunu şərh edərkən belə deyib. Gəminin hazırda Qabonun sahil sularına çatdığını deyən Çavuşoğlu bildirib ki, artıq gəminin kapitanı ilə telefonla danışıb. Hazırda gəmi təhlükəsiz şəkildə limana daxil olmaq üçün gözləyir. Gəmiyə texniki yardım heyətinin göndərilməsi ilə bağlı Qabon tərəfi ilə danışıqlar aparılıb. Nazir diqqətə çatdırıb ki, dəniz quldurları tərəfindən qaçırılan gəmi heyətinin xilas edilməsi üçün digər dövlətlərlə birlikdə koordinasiyalı iş aparılır. Qeyd edək ki, dəniz quldurlarının basqınına məruz qalan “MV Mozart” gəmisinin 19 heyət üzvündən 15-i girov götürülüb, 1 azərbaycanlı isə öldürülüb.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR