13 C
Baku
Cümə, May 17, 2024

Bizə yaz

“Fərman İsmayılovun nəşi Qabona gətirilib” – Çavuşoğlu

“Nigeriyalı dəniz quldurları tərəfindən hücuma məruz qalmış MOZART gəmisindən 15 nəfər qaçırılıb. Gəmi dünən axşam saatlarından Qabon limanına yaxınlaşıb”. Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu jurnalistlərə açıqlamasında bildirib ki, gəmidəki heyət üzvlərindən biri yaralanıb və ona tibbi yardım göstərilib. Çavuşoğlu əlavə edib ki, heyət üzvlərini qaçıran quldurlardan indiyə kimi heç bir xəbər yoxdur. Türkiyəli diplomat dəniz quldurlarıyla insident zamanı qətlə yetirilən azərbaycanlı mühəndis Fərman İsmayilovun nəşinin Azərbaycana göndəriləcəyini də bildirib: “Vəfat edən azərbaycanlı qardaşımızın cənazəsini Qabona gətirdik. İslam qaydalarına uyğun cənazə mərasimi oldu. Qabon rəhbərliyinə təşəkkür edirik. Sabah Türk Hava Yolları cənazəni gətirəcək və Türkiyə üzərindən Azərbaycana çatdırılacaq. Prezident Rəcəb Tayyib Ərdoğan məsələni yaxından izləyir” – deyə, Çavuşoğlu qeyd edub.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR