13 C
Baku
Cümə, May 17, 2024

Bizə yaz

“Etiraz aksiyalarına Putinə səs verənlərin sayından daha az adam çıxır” – Peskov

“Rusiya Prezidenti Vladimir Putini dəstəkləyənlərin sayı qanunsuz etiraz aksiyalarına çıxanlardan xeyli çoxdur”. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov “Rossiya-1” telekanalında yayımlanan “Moskva. Kreml. Putin” proqramı üçün müsahibəsində belə deyib. “İndi çoxları deyəcək ki, qanunsuz aksiyalara çoxlu adam çıxıb. Xeyr, az adam çıxdı, çox adam Putinə səs verir” – deyə, Peskov qeyd edib. Prezidentin mətbuat katibi xatırladıb ki, vətəndaşların çoxu Konstitusiyaya edilən düzəlişlərə də səs verib. “Mən bütün nöqteyi-nəzərlərə hörmətlə yanaşıram, amma qanunsuz aksiyalarda iştirak etməyin qəti əleyhinəyəm, çünki orada başqa qiymətləndirmə ola bilməz: bu, qanunun pozulmasıdır” – deyə, Kremlin nümayəndəsi vurğulayıb.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR