18 C
Baku
Şənbə, May 4, 2024

Bizə yaz

Ermənistan Baş Qərargah rəisinin müavini tutulub

Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini, general-leytenant Stepan Qalstyan tutulub.

Tvit.az-ın xəbərinə görə, bu barədə Ermənistanda nəşr olunan “Hraparak” məlumat yayıb.

Nəşr yazır ki, onun evində axtarış aparılır.

Bildirilir ki, S. Qalstyan keyfiyyətsiz döyüş sursatlarının silahlanmaya qəbul edilməsi, nəticədə dövlətə külli miqdarda – təqribən 4,5 milyon dollarlıq ziyan dəyməsi ilə bağlı başlanmış cinayət işi üzrə bir neçə gün əvvəl dindirilib.

Ermənistan Milli Təhlükəsizlik Xidməti sentyabrın 30-da həmin iş üzrə keçmiş müdafiə naziri David Tonoyanın və “Patron Davo” ləqəbi ilə tanınan silah taciri David Qalstyanın həbs olunması barədə məlumat yayıb.

D. Tonoyan külli miqdarda mənimsəmədə günahlandırılır.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR