15 C
Baku
Çərşənbə, May 15, 2024

Bizə yaz

Erməni mətbuatı Sarkisyanın Rusiya səfərini tənqid etdi: “Sarkisyan 6 günlük Rusiya səfərindən əliboş qayıdıb”

Ermənistan mətbuatı prezident Armen Sarkisyanın Rusiya səfərini tənqid edib. Yerli media 6 gün Rusiyada işgüzar səfərdə olan Sarkisyanın rəsmi şəxslər tərəfindən qəbul edilməməsini müəmmalı məqam kimi qiymətləndirib. “Ermənistan prezidenti Rusiyaya səfəri zamanı hansısa bir rus məmurla görüşə bilərdi. Amma kimsə ilə görüşmədi, qarşı tərəf də ölkəmizdə hazırkı vəziyyətlə maraqlanmadı” – deyə, erməni mətbuatı yazıb. İddia olunur ki, Armen Sarkisyan Rusiyada elə də xoş qarşılanmayıb. Hətta Rusiya rəsmiləri onunla görüşə maraqlı olmadıqlarını gizlətməyiblər. Bu səbəbdən, Sarkisyan 6 günlük Rusiya səfərindən əliboş qayıdıb.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR