14 C
Baku
Çərşənbə, May 15, 2024

Bizə yaz

BMT Baş Assambleyası Fələstinə görə toplandı – “Hərbi əməliyyatlar dərhal dayandırılmalıdır”

BMT Baş Assambleyası İsrailin Fələstinə hava zərbələrini müzakirə edir. İslam Əməkdaşlıq Təşkilatı (İƏT), Əlcəzair və Nigerin çağırışıyla baş tutan toplantını Baş Assambleyanın 75-ci qurultayının sədri Volkan Bozkir açıb. O bildirib ki, fələstinlilərin Şərqi Qüdsdəki Şeyx Cərrah kvartalından güc yoluyla çıxarılması beynəlxalq hüquq normaları baxımından hərbi cinayət kimi qəbul oluna bilər. BMT-nin Baş katibi Antoniu Quterreş də Yaxın Şərqdə baş verənləri faciə adlandırıb. “Hərbi əməliyyatlar dərhal dayandırılmalıdır” – deyə, o, tərəflərə çağırış edib.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR