11 C
Baku
Bazar, May 19, 2024

Bizə yaz

Anna Akopyan rəzil duruma düşdü – tamaşaçılar konsert salonunu tərk etdi

Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan Aram Xaçaturyan adına konsert salonuna gəldikdən sonra vətəndaşlar tədbiri tərk ediblər. Erməni mətbuatının yazdığına görə, konsert salonunda Ermənistanın Dövlət Simfonik Orkestrinin 15 illiyi münasibətilə tədbir keçirilibmiş. Anna Akopyan tədbirdə görünəndə, məşhur erməni teleaparıcı Lika Tumanyan zalı tərk edib. “Onunla eyni havadan nəfəs almağa, eyni yerdə olmağa məni heç nə vadar edə bilməz. Klassik musiqinin insanları birləşdirdiyi hamıya məlum olsa da, bu, məni belə qadınla eyni salonda olmağa məcbur edə bilməz” – deyə, erməni aparıcı bildirib. Ermənistan mediası vətəndaşların da Akopyana görə konsert salonunu tərk etdiklərini yazıb. Qeyd olunub ki, Akopyan konsert salonuna qızları ilə birgə gəlib.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR