13 C
Baku
Bazar ertəsi, May 6, 2024

Bizə yaz

Xankəndidə xeyli silah-sursat aşkar edildi

Polis əməkdaşları Xankəndi şəhərində tapança, avtomat və qumbaralar tapıblar.

Bu barədə “Tvit.az”a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində aprelin 20-də və 21-də Xankəndi şəhəri ərazisindən 13 ədəd müxtəlif markalı avtomat silahı, 23 qumbara, 2 qumbaraatan, 11 alışdırıcı, 68 patron darağı, 2780 ədəd müxtəlif çaplı patron, 7 ədəd süngü-bıçaq və digər sursatlar aşkar olunaraq götürülüb.
 

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR