Moskva yaxınlığındakı Ramenskoye ərazisində plastik borular istehsal edən müəssisə yanır.
Tvit.az xəbər verir ki, bu barədə Mash telegram kanalı məlumat yayıb.
Məlumata əsasən, yanğının sahəsi 2000 kvadratmetrdir. Bildirilib ki, materialların alışqanlığı və güclü külək səbəbindən yanğın sürətlə yayılır. Hazırda binanı 70 xilasedici və 22 xüsusi texnika söndürür. Müəssisənin 40 əməkdaşı özbaşına təxliyyə edə bilib.
Yanğın yerində daha çox adam ola biləcəyi ehtimal edilir.
Aysel Şirinova