13 C
Baku
Cümə, May 17, 2024

Bizə yaz

İrəvanda silahlı hücum: 5,7 milyon dollar oğurlandı

İrəvanda Zvartnots hava limanı yaxınlığında avtomobilə silahlı hücum olub.

Tvit.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

Məlumata görə, silahlı 4 maskalı şəxs maşını saxlayıb, sürücünü və iki sərnişini zorla maşından çıxarıb, yerə yıxaraq əllərini qandallayıblar. Daha sonra onlar avtomobilin baqajındakı çantalardan 2,6 milyon dolları və dəyəri 3,1 milyon dollardan çox olan 3 qızıl külçəni oğurlayıblar.

Hadisə ilə bağlı cinayət işi başlanıb.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR