İordaniya HƏMAS liderlərini qəbul etməkdən imtina edir.
Tvit.az xəbər verir ki, bu barədə İsrailin Kan 11 telekanalı İordaniyalı mənbəyə istinadən məlumat yayıb.
“İordaniya heç bir halda HƏMAS-ın yüksək rütbəli məmurlarının öz torpaqlarında olmasına razılıq verməyəcək”,- deyə mənbələr vurğulayıb.
Qeyd edək ki, Aprelin 29-da HƏMAS-ın sözçüsü Musa Əbu Mərzuk bildirib ki, təşkilat rəhbərləri köçməli olsalar, İordaniyaya köçəcəklər.
Aysel Şirinova