21 C
Baku
Çərşənbə axşamı, Aprel 30, 2024

Bizə yaz

İlham Əliyev qambiyalı həmkarını COP29-a dəvət etdi

Azərbaycan Prezidenti İlham Əliyev Qambiya Prezidenti Adama Barrounu (Adama Barrow) noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) dəvət edib.

Tvit.az xəbər verir ki, bu barədə Azərbaycanın Mərakeşdəki səfiri Nazim Səmədov X hesabında yazıb.

N.Səmədov Qambiyanın Mərakeşdəki səfiri Saffi Lou Sisey (Saffie Lowe Ceesay) ilə görüşüb və dəvət məktubunun surətini ona çatdırıb.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR