17 C
Baku
Çərşənbə, May 1, 2024

Bizə yaz

Bakıda marketdən 8 000 manatlıq spirtli içki oğurlandı – VİDEO

Paytaxtın Səbail rayonu ərazisində yerləşən marketlərin birindən müxtəlif vaxtlarda 8000 manat dəyərində spirtli içki oğurlanması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən Tvit.az-a verilən xəbərə görə, Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə hadisəni törədən paytaxt sakini əvvəllər oğurluq, soyğunçuluq və narkotik cinayətlərinə görə məhkum olunmuş Rasim Abdullayev saxlanılıb.

R.Abdullayevin Bakı şəhərində analoji cinayətlərdə iştirakının olub-olmadığı araşdırılır. Saxlanılan şəxsin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa polis orqanlarına müraciət edə bilərlər.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR