Kim Çen İn qitələrarası raketin buraxılmasını ədalətli hərbi tədbir adlandırıb.
Tvit.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Şimali Koreya lideri raket buraxılışını son zamanlar regionda vəziyyəti qəsdən gərginləşdirən və respublikanın təhlükəsizliyini təhdid edən düşmənlərə cavab vermək əzmimizi göstərən ədalətli hərbi tədbir adını verib.
Qeyd edək ki, atılan raket Yaponiyanın müstəsna iqtisadi zonasından kənarda, Okuşiri adasından təxminən 300 kilometr qərbdə yerləşən əraziyə düşüb.
Elmin Alışov