Şimali Koreya ölkə lideri Kim Çen İnin əmri ilə qitələrarası ballistik raketi buraxaraq çox vacib sınaq keçirib.
Tvit.az xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.
Kim Çen In vurğulayıb ki, KXDR ölkənin nüvə silahlı qüvvələrini gücləndirməkdən əl çəkməyəcək.
Onun sözlərinə görə, raket sınaqları strateji hücum qüvvələrinin gücləndirilməsi çərçivəsində baş tutub.
Elmin Alışov