Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya "Bu gündən başlayaraq 10 gün.." - Tramp
dünya

"Bu gündən başlayaraq 10 gün.." - Tramp

29-07-2025 22:00 66 Baxış
IMG

Vaşinqton administrasiyası 10 gün ərzində Ukraynadakı münaqişənin nizamlanması ilə bağlı Rusiya ilə razılıq əldə etmək istəyir, əks halda idxal rüsumları tətbiq ediləcək.

Tvit.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Aberdindən Vaşinqtona gedərkən təyyarədə jurnalistlərlə söhbətində bildirib.

“Bu gündən başlayaraq 10 gün”, – deyə amerikalı lider əvvəl müəyyən etdiyi 50 günlük müddəti necə qısaldacağı ilə bağlı suala cavab verib.

Tramp rüsumlar barədə də danışıb:

“Sonra isə biz rüsumlar və digər tədbirlər tətbiq edəcəyik. Və bilmirəm, bunun Rusiyaya təsiri olacaq, ya yox. Bu, onlara (Rusiyaya) təsir edə və ya etməyə bilər”, – deyə o vurğulayıb. 

Aysel Şirinova