Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Çin məhsullarına tətbiq edilən sanksiyalar yumuşaldılmalıdır - XİN danışdı
dünya

Çin məhsullarına tətbiq edilən sanksiyalar yumuşaldılmalıdır - XİN danışdı

25-07-2025 13:00 74 Baxış
IMG

Ukrayna münaqişəsi Çin ilə Avropa İttifaqı (Aİ) arasındakı münasibətlərdə problem olmamalıdır, buna görə də Brüssel Çin məhsullarına tətbiq edilən sanksiyaları yumşaltmalıdır.

Tvit.az xəbər verir ki, bu barədə brifinq zamanı Çin XİN-in rəsmi nümayəndəsi Qo Cziakün bildirib.

“Ukraynada baş verən münaqişəyə gəlincə, biz bəyan etmişik ki, bu məsələ Çin və Aİ münasibətlərində problem deyil və olmamalıdır. Çin şirkətlərinə qarşı onların guya Rusiya ilə əməkdaşlığı bəhanəsi ilə tətbiq olunan sanksiyalar barədə ÇXR qəti mövqeyini bildirib, həmçinin yüksək texnologiyalı məhsulların ixracına qoyulan məhdudiyyətlərin yumşaldılmasına çağırıb”, – deyə diplomat vurğulayıb.

Qo Cziakün qeyd edib ki, danışıqlar zamanı Çin nümayəndələri Ukrayna böhranının sülh yolu ilə həlli təşəbbüslərinin irəlilədilməsindən ibarət olan ardıcıl mövqelərini bir daha təkrarlayıblar.

O əlavə edib ki, Çin həmçinin Avropa İttifaqı ilə əlaqələri davam etdirmək niyyətini deyib.

 
Aysel Şirinova