Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Bakıda dəmiryol zonasındakı tikililərlə bağlı cinayət işi açıldı
sosial

Bakıda dəmiryol zonasındakı tikililərlə bağlı cinayət işi açıldı

23-07-2025 20:00 31 Baxış
IMG

Paytaxtın Nərimanov rayonunda Bakı sərnişin-Keşlə, Nərimanov-Böyükşor dəmir yolu xətləri arasında mühafizə zolağına aid torpaq sahələri zəbt olunaraq qanunsuz tikinti işləri aparılıb.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Tvit.az-a verilən məlumata görə, fakta görə Cinayət Məcəlləsinin qanunla müəyyən edilmiş, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi özbaşına tikinti və ya tikinti işlərini aparma maddəsi ilə cinayət işi başlanıb.

 

Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.